[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/IMG_5567.jpg” ]
“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin sosial-ictimai fəallığının gücləndirilməsi” layihəsinin icrası davam edir. Layihə çərçivəsində ölkə miqyasında, xüsusilə aparıcı ali təhsil müəssisələrinin yerləşdiyi regionlarda narkomaniya əleyhinə maarifləndirmə-təbliğat xarakterli tədbirlər həyata keçirməklə gənclərdə, bütövlükdə cəmiyyətdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinə nail olunması nəzərdə tutulur.
Bununla bağlı layihənin İcra Planının fəaliyyət istiqamətlərinə uyğun olaraq Bakıda, Gəncədə, Lənkəran və Sumqayıtda ictimai-tərbiyəvi əhəmiyyətli kütləvi-mədəni tədbirlərin keçirilməsi planlaşdırılmışdır. İlk tədbir Dövlət Komissiyasının İşçi Qrupu və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin (İB) iştirakı ilə sentyabr ayının 25-də Gəncə Dövlət Universitetinin konfrans zalında keçirilmişdir.
Tədbirdə Şəhər İcra Hakimiyyəti yanında komissiya üzvlərinin, beynəlxalq təşkilatların, yerli QHT və Gənclər Təşkilatlarının, həmçinin şəhərin aparıcı təhsil müəssisələrinin tələbələri iştirak etmişlər.
Birlik tərəfindən gənclərin, bütövlükdə cəmiyyətin bu sahədə biliklərinin artırılması məqsədi ilə hazırlanmış bukletlər və təqvimlərin paylanması həyata keçirilmişdir.
Tədbirin işində Şəhər İcra Hakimiyyəti yanında yerli komissiya üzvləri, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin (İB) rəhbəri Məzahir Əfəndiyev, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, “Bizim Gənclik” İctimai Birliyinin sədri Soltan Hadıyev və digərləri iştirak etmişlər. Narkomaniya əleyhinə bu cür tədbirlərin davamlı və ardıcıl şəkildə keçirilməsi narkomaniya ilə mübarizəni daha da gücləndirməklə cəmiyyətimizi daim məlumatlandıracaq, bu da vətəndaş cəmiyyətinin inkişafına kömək edəcəkdir.