[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/301094_148289128645992_715432155_n.jpg” ]
“Gəncliyin Elmi Mədəni İnkişafı” İctimai Birliyinin Şəki Regional Nümayəndəliyinin ofisində 22 sentyabr tarixində Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Gəncliyə Yardım Proqramı” layihəsində nəzərdə tutulan daha bir təlim keçirilmişdir. Layihə Şəki şəhəri və ətraf kəndləri əhatə etmişdir. “Məqsədlərə necə çatmaq olar?” adlı təlimdə Müəllimlər İnstitutunun Şəki Filialının, Şəki Dövlət Pedaqoji Kollecinin, Şəki Dövlət Tibb Kollecinin tələbələri iştirak etmişlər. Təlim “GEMİ” İB Şəki Regional nümayəndəliyinin idarə heyətinin üzvü Könül Kərimova tərəfindən aparılmışdır. Əvvəlcə “GEMİ” İB Şəki Regional Nümayəndəliyinin sədri Dəyanət Elman oğlu Sadıqov “Gəncliyə Yardım Proqramı” layihəsi və təlim haqqında iştirakçılara məlumat vermişdir.
Təlimin birinci hissəsində tələbələrlə tanışlıq, psixoloji motivasiya və məqsədlərini müəyyənləşdirən müxtəlif tipli oyunlar aparılmışdır. Çay fasiləsindən sonra ikinci hissədə “Məqsədlərə necə çatmaq olar?” mövzusunda təlim davam etmiş və tələbələr müxtəlif insanların uğur hekayələrini dinləmişlər. Sonda iştirakçıların hər biri öz uğur hekayələrini və məqsədlərini səsləndirmişlər. Daha sonra iştirakçılar arasında təlimin yazılı surətdə qiymətləndirilməsi aparılmışdır.
Qeyd edək ki, “Gəncliyə Yardım Proqramı” layihəsinin bir hissəsi olan təlimlər mütəmadi olaraq Şəkinin orta məktəbləri, universitet və kolleclərində keçiriləcəkdir. Növbəti həftə “Liderlik və şəxsi inkişaf” mövzusunda təlim orta məktəb şagirdləri üçün olacaqdır. Təlimlərdə iştirak etmək istəyən şəxslər “GEMİ” İB Şəki Regional nümayəndəliyinin sədri Dəyanət Elman oğlu Sadıqov ilə əlaqə saxlaya bilərlər.
Ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 21
Email: [email protected]
Tel.: (055) 794 55 50
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”2791″ id=”2791″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]