[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/IMG-20120919-00003.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvərlik tərbiyəsində psixoloji amillərin rolunun artırılması” adlı layihə çərçivəsində Bakı şəhəri, Səbail rayonu 2 saylı Humanitar və texniki elmlər litseyində “Vətənpərvərlik tərbiyəsində psixologiya bir elm kimi” mövzusunda elmi-nəzəri praktik konfrans və təlim keçirilmişdir.
Konfransda şagirdlərlə diskussiyalar aparılmış, onların müxtəlif sualları cavablandırılmışdır. Tədbirin sonunda pedoqoji kollektivə, ictimaiyyətinin nümayəndələrinə, iştirakçılara, qonaqlara və tədbirdə iştirak edən valideynlərə layihəni əks etdirən rəngli bukletlər və döş nişanları paylanılmışdır.