The meetings of election volunteers with the support of the Youth Foundation of the Republic of Azerbaijan and the “Union of Voluntary Organizations of Azerbaijan” are continuing with young people who will vote for the first time in the upcoming extraordinary presidential elections. The next meeting included the youth of Sharur, Gazakh and Lankaran regions. The main purpose of the meeting is to provide detailed information on the rights and duties of the voter, the necessary procedural rules to participate in the election process for the youth of the region, who will vote for the first time in the extraordinary Presidential elections of the Republic of Azerbaijan, scheduled for February 7th, 2024, and to invite all young people to participate in the election.
“The voice of the youth, the voice of the future!” along with educational sessions held under the slogan, quests, team building and networking games were carried out on various topics that would cover the interests of young people in order to organize their free time efficiently and fun.
It should be noted that during the implementation of the project, which started on December 28th, the Election Volunteers have visited Shirvan, Sabirabad, Shamakhi, Aghdash, Aghjabedi, Mingachevir, Nakhchivan, Masalli and Goranboy cities and regions of our republic within the framework of mobile meetings organized by mobile buses. Also, various gifts were presented to our regional youth who were active in the trainings on voting rules.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən seçki könüllülərinin qarşıdan gələn növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüşləri davam edir. Növbəti görüş Şərur, Qazax və Lənkəran rayonlarının gənclərini əhatə edib. Görüşün əsas məqsədi 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün gənclərə seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydaları barədə ətraflı məlumat vermək və bütün gəncləri seçkidə iştirakçılığa səsləməkdir.
“Gəncin səsi, Gələcəyin səsi!” şüarı altında baş tutan maarifləndirmə sessiyaları ilə yanaşı gənclərin asudə vaxtlarının səmərəli və əyləncəli təşkil edilməsi məqsədilə onların maraqlarını əhatə edəcək müxtəlif mövzularda kvestlər, komanda quruculuğu və şəbəkələşmə oyunları həyata keçirilib.
Qeyd edək ki, 28 dekabr tarixindən etibarən start götürən layihənin icrası zamanı səyyar avtobuslar vasitəsi ilə təşkil edilən səyyar görüşlər çərçivəsində Seçki Könüllüləri bugünə qədər respublikamızın Şirvan, Sabirabad, Şamaxı, Ağdaş, Ağcabədi, Mingəçevir, Naxçıvan, Masallı və Goranboy şəhər və rayonlarında olublar. Həmçinin səsvermə qaydaları barədə keçirilən təlimlərdə fəallıq göstərən region gənclərimizə müxtəlif hədiyyələr təqdim edilib.