With the support of the Youth Foundation of the Republic of Azerbaijan, the visit of election volunteers to the regions of Azerbaijan continues since December 28th, under the Union of Voluntary Organizations of Azerbaijan.
The main purpose of mobile meetings carried out by buses is to invite young people living in regions, especially villages – citizens of the country who have reached the age of 18 and have the right to vote according to the legislation of the Republic of Azerbaijan – to participate in the election process and actively encourage the use of the right to vote.
It is one of the main duties of the youth as citizens of the country to act in the role of active voters of the youth, who are the driving force of the society. Based on this, calling young people to actively participate in the election process for the sake of their future and giving information sessions to those who will exercise the right to vote for the first time was considered as the main priority in the mobile meetings organized in the cities of Ganja and Jalilabad.
In addition to educational sessions, information sessions on digital tools, intellectual competitions, trainings on personal and professional development, as well as voting rights, various games and musical entertainment were organized during the meeting with the youth.
It should be noted that the meetings encouraging the youth of the country to use the right to vote aimed at the active participation of more young people in the election process have been held in the cities of Shirvan, Sabirabad, Shamakhi, Aghdash, Aghjabadi and Mingachevir.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 28 dekabr tarixindən etibarən seçki könüllülərinin Azərbaycanın bölgələrinə səfəri davam edir.
Avtobuslar vasitəsi ilə təşkil edilən səyyar görüşlərin əsas məqsədi bölgələrdə, xüsusilə də kəndlərdə yaşayan gənclərin – 18 yaşına çatmış və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə səsvermə hüququ olan ölkə vətəndaşlarını seçki proseslərində iştiraka dəvət etmək və fəal şəkildə səsvermə hüququndan istifadəni təşviq etməkdən ibarətdir.
Cəmiyyətin təkanverici qüvvəsi olan gənclərin fəal seçici rolunda çıxış etməsi hətta bununla yanaşı cəmiyyətin digər təbəqələrini də passiv iştirakçıdan fəal iştirakçılığa keçməsinə təşviq etmək gənclərin ölkə vətəndaşı olaraq əsas vəzifələrindəndir. Bunu əsas tutaraq səfərlər zamanı gəncləri gələcəkləri naminə seçki prosesində fəal iştiraka səsləmək və ilk dəfə səsvermə hüququndan istifadə edəcək şəxslərə infosessiyalar keçmək Gəncə və Cəlilabad şəhərlərində də təşkil edilən səyyar görüşlərdə əsas prioritet kimi nəzərə alınıb.
Gənclərlə görüş zamanı maarifləndirmə sessiyaları ilə yanaşı rəqəmsal alətlər barədə məlumat sessiyaları, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər, müxtəlif oyunlar və musiqili əyləncələr də təşkil edilib.
Qeyd edək ki, ölkə gənclərini sesvermə hüququndan istifadəyə təşviq edən və daha çox gəncin seçki prosesində fəal iştirakına yönələn görüşlər bu günədək Şirvan, Sabirabad, Şamaxı, Ağdaş, Ağcabədi və Mingəçevir şəhərlərində baş tutub.