Within the framework of “Azerbaijan Volunteering Week 2023”, the second part of the project of “Healthy volunteer” in the direction of “Sports and Health”, “Victory League” organized with the support of the Youth Foundation of the Republic of Azerbaijan, the Ministry of Youth and Sports of the Republic of Azerbaijan, “ASAN service” and the Union of Voluntary Organizations of Azerbaijan. The final stage of the tournament dedicated to Victory Day on November 8th was held at “Azerbaijan Volunteering Week 2023”.
The tournament, organized for the 3rd time and attended by 12 teams of volunteers representing the Union of Voluntary Organizations of Azerbaijan member organizations, was carried out under the UEFA “Hat-trick” program. The group stage, 1/4 final, semi-final and final games were held consecutively within the framework of the tournament. The teams representing “Tourism Volunteers” and “Agrarian Development Volunteers” faced each other in a decisive fight. In the final stage of the tournament, which took place on December 7, after a tense game, the “Agrarian Development Volunteers” team won the tournament with a score of 3:1. The participants of the winning team were awarded with cups and medals by the official representatives participating in the awarding ceremony.
Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində təşkil edilən “İdman və Sağlamlıq” istiqaməti üzrə “Sağlam könüllü” layihəsinin ikinci hissəsi olan “Zəfər liqası” baş tutub. 8 noyabr Zəfər gününə həsr olunmuş turnirin final mərhələsi “Azərbaycan Könüllülük Həftəsi 2023”də keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının tərəfdaşlıq etdiyi turnirin bağlanış mərasimində Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Kütləvi Futbol departamentinin rəhbəri Fərrux İsmayılov və AKTİ-nin sədri Yusif Vəliyev iştirak edib. Qonaqlar Zəfər günündən etibarən start götürən turnirlə əlaqədar təəssüratlarını bölüşərkən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə gələcəyimizi etibar edə biləcəyimiz gənc nəslin yetişdiyini xüsusi olaraq vurğulayıb və yetişən həmin gəncliyin əldə etdiyimiz Zəfərdə göstərdiyi şücaət bir daha dilə gətirilib.
Sayca 3-cü dəfə təşkil olunan və AKTİ-yə üzv təşkilatları təmsil edən könüllülərdən ibarət 12 komandanın iştirak etdiyi turnir, UEFA-nın “Hat-trick” proqramı üzrə həyata keçirilib. Turnir çərçivəsində ardıcıl olaraq qrup mərhələsi, 1/4 final, yarımfinal və final oyunları baş tutub. Həlledici mübarizədə “Turizm Könüllüləri” və “Aqrar İnkişaf Könüllüləri”ni təmsil edən komandalar üz-üzə gəlib. 7 dekabr tarixində baş tutan turnirin final mərhələsində gərgin keçən oyunun ardından “Aqrar İnkişaf Könüllüləri” komandası 3:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub. Qalib komandanın iştirakçıları mükafatlandırma mərasimində iştirak edən rəsmi nümayəndələr tərəfindən kubok və medallarla təltif edilib.