On December 6th, the joint organization of ADA University and the Center for the Analysis of International Relations and the participation of the President of the Republic of Azerbaijan, Ilham Aliyev, “Karabakh: Return home after 30 years. Achievements and difficulties” forum was held.
Within the framework of the forum, which was attended by 60 foreign experts representing 30 countries, a youth conference on “The role of youth in the revival of Karabakh” was held under the joint organization of ADA University, the Youth Foundation of the Republic of Azerbaijan and the Azerbaijani Students and Alumni Platform (ASAP).
Vice-rector of ADA University Fariz Ismayilzade, Acting director of the Youth Foundation of the Republic of Azerbaijan Gadir Khalilov and Executive director of ASAP Sevda Mansurova made an opening speech at the conference.
Later, the questions of young people were answered by experts from Turkey, Italy, Great Britain, Belgium, Georgia, Croatia, Switzerland and other countries participating in the forum.
Dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumu keçirilib.
30 ölkəni təmsil edən 60 xarici ekspertin qatıldığı forum çərçivəsində ADA Universiteti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə “Qarabağın dirçəlişində gənclərin rolu” mövzusunda Gənclər konfransı da baş tutub.
Konfransda ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və ASAP-ın icraçı direktoru Sevda Mansurova açılış nitqi ilə çıxış ediblər.
Bildirilib ki, 30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızda xalqımız üçün müqəddəs olan bir çox tarixi və mədəniyyət abidələri dağıdılıb və ya ciddi şəkildə zədələnib. Bu səbəblə abidələrin tezliklə bərpası məsələsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dərhal gündəmə gətirildi. Qarabağda işğalçılar tərəfindən dağıdılmış tarixi abidələrin bərpası işğaldan azad edilmiş regionların yenidən qurulmasında prioritet istiqamətlərdəndir.
Daha sonra forumda iştirak edən Türkiyə, İtaliya, Böyük Britaniya, Belçika, Gürcüstan, Xorvatiya, İsveçrə və başqa ölkələrdən olan ekspertlər tərəfindən gənclərin sualları cavablandırılıb.
Ekspertlər tərəfindən gənclərlə Qarabağda aparılan yenidənqurma işləri ilə yanaşı, mədəni irsin və tarixi abidələrin bərpası yönündə görülən işlər, Qarabağ iqtisadi rayonu üzrə növbəti illər üzrə hədəflər, “Böyük Qayıdış” nəticəsində Qarabağa qayıdan yerli əhali üçün məşğulluq sahəsində görülən tədbirlər barədə müzakirələr aparılıb.