Within the framework of events dedicated to the centenary of the birth of the National Leader Heydar Aliyev, a series of events were held with the participation of Azerbaijani youth living in Hungary and the Czech Republic.
In the capital of Hungary, Budapest, a youth forum titled “Legacy of the National Leader of the Azerbaijani People – Heydar Aliyev Heritage” was organized with the support of the Embassy of Azerbaijan in Hungary, the Heydar Aliyev Foundation, The Youth Foundation of the Republic of Azerbaijan, together with the Azerbaijani Students and Alumni Platform (ASAP) and the Association for Youth Integration and Development (AYID).
Before the start of the event, the National Anthem of the Republic of Azerbaijan was played. The cherished memory of the Great Leader Heydar Aliyev was honored with a minute of silence. Ambassadors from Turkey, Russia, Kazakhstan, as well as guests from six other foreign countries participated in the event.
The event began with a speech by Tahir Taghizade, the extraordinary and plenipotentiary ambassador of the Republic of Azerbaijan in Hungary, providing detailed information about the rich, multifaceted life and political activities of the National Leader of the Azerbaijani people. The ambassador stated that Azerbaijanis living abroad, including those in Hungary, have a deep connection to the legacy of Heydar Aliyev and his Azerbaijani nationalist ideology.
Farid Jafarov, the executive director of the Youth Foundation of the Republic of Azerbaijan, highlighted the attention and care shown to the youth by the National Leader Heydar Aliyev, the importance of establishing the Youth Day, as well as successful youth policies laid down by the Great Leader and continued by President Ilham Aliyev. He also provided information about the activities of the organization he represents, as well as collaborations with youth organizations of other Turkic states.
Later during the event, the speeches of Javanshir Feyziyev, a deputy of the National Assembly of the Republic of Azerbaijan, Turkologist Maria Kenes, Rafael Hajibayli, the executive director of ASAP, and Ramil Shukurov, the president of AYID, were listened to.
A video presentation on the life and work of the National Leader Heydar Aliyev was displayed at the end.
As part of the visit, a meeting was held with Azerbaijani youth at the Azerbaijan House in Hungary, where Farid Jafarov, the executive director of the Foundation of Youth of the Republic of Azerbaijan, Rafael Hacibeyli, the executive director of ASAP, Ibrahim Safarli, the head of the Azerbaijan House in Hungary, and Gunay Bayramova, the president of AHAU, met with Azerbaijani youth. Possible opportunities related to the activities of the youth were discussed during the meeting, and their suggestions and challenges were listened to.
In the Czech capital city of Prague, a meeting was held with youth at the Embassy of the Republic of Azerbaijan in the Czech Republic. Adish Mammadov, the extraordinary and plenipotentiary ambassador of the Republic of Azerbaijan in the Czech Republic, stated that the high confidence of the National Leader Heydar Aliyev in the youth is the result of the new stage that the youth policy in our country is experiencing today. During the meeting attended by Farid Jafarov, the Executive Director of the Youth Foundation of the Republic of Azerbaijan, and Rafael Hacibeyli, the executive director of ASAP, discussions were held on the events to be held in the Czech Republic within the framework of the centenary of the birth of the National Leader Heydar Aliyev. The suggestions of Azerbaijani youth regarding the events to be held in the Czech Republic were listened to. A new representation of ASAP was formed in the Czech Republic. The action plan of events to be held by the representation of ASAP was discussed during the meeting.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının yüz illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Macarıstanda və Çexiyada yaşayan azərbaycanlı gənclərin iştirakı ilə silsilə tədbirlər keçirilib.
Macarıstanın paytaxtı Budapeştdə ölkəmizin Macarıstandakı səfirliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYİD) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının yüz illiyinə həsr olunmuş “Azərbaycan xalqının Ümummili Lideri-Heydər Əliyev mirası” adlı gənclər forumu baş tutub.
Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Türkiyə, Rusiya və Qazaxıstan respublikalarının Macarıstanda olan səfirləri və eyni zamanda altı xarici ölkədən olan qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə açaraq Azərbaycan xalqının ümummilli liderinin həyatı, zəngin və çox şaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, xaricdə, o cümlədən Macarıstanda yaşayan azərbaycanlılar Heydər Əliyev irsinə, onun azərbaycançılıq məfkurəsinə dərindən bağlıdırlar.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğı, Gənclər Gününün təsis edilməsinin əhəmiyyəti, eləcə də Ulu Öndər tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti barədə söz açıb. O, təmsil etdiyi qurumun fəaliyyəti, həmçinin digər türk dövlətlərinin gənclər təşkilatları ilə əməkdaşlıqlarına dair tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Feyziyevin, türkoloq Mariya Keneşinin, ASAP-ın icraçı direktoru Rafael Hacıbəylinin və AYİD sədri Ramil Şükürovun çıxışları dinlənilib.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Səfər çərçivəsində Macarıstandakı Azərbaycan Evində dəyirmi masa arxasında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli, Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və AHAU-nun sədri Günay Bayramova azərbaycanlı gənclərlə görüşüb. Görüşdə gənclərin burada fəaliyyəti ilə bağlı mümkün imkanlar müzakirə olunub. Onların təklifləri və çətinlikləri dinlənilib.
Çexiyanın paytaxtı Praqa şəhərində isə ölkəmizin Çex Respublikasındakı səfirliyində gənclərlə görüş keçirilib. Azərbaycan Respublikasının Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin gənclərə olan yüksək etimadının nəticəsidir ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və ASAP-ın icraçı direktoru Rafael Hacıbəylinin iştirak etdiyi görüşdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının yüz illiyi çərçivəsində Çexiyada keçiriləcək tədbirlər müzakirə olunub. Azərbaycanlı gənclərin Çex Respublikasında keçiriləcək tədbirlərlə bağlı təklifləri dinlənilib. ASAP-ın Çexiyada yeni nümayəndəliyi formalaşdırılıb. Görüş zamanı ASAP nümayəndəliyi tərəfindən keçiriləcək tədbirlər planı müzakirə olunub.