A press conference dedicated to the culmination of the voluntary activities of Azerbaijani youth in the earthquake-affected region of Turkey was held. The conference, which took place on March 17 at the Baku Convention Center, was attended by the Secretary-General of the Azerbaijan Volunteer Organizations Alliance Vugar Aliyev and a group of volunteers who had been active in Turkey, providing detailed information about the work done and answering questions posed by journalists.
It was noted that Azerbaijani volunteers continued their activities in Turkey for a month, extending a helping hand to tens of thousands of affected individuals, with hundreds of Azerbaijani youths fulfilling their duty of brotherhood. It was particularly emphasized that our youths, who immediately responded to the call of Azerbaijani President Ilham Aliyev, turned the motto of the country’s leader, “One fist, one heart, one soul,” into their own motto and wholeheartedly served to support the earthquake victims in the fraternal country.
It is noted that both local residents and official representatives of the brotherly country highly appreciated the support provided by Azerbaijani youth. In Kahramanmarash, Turkish President Recep Tayyip Erdogan personally met with our volunteers, expressing gratitude to the state and people of Azerbaijan. Additionally, the Turkish Minister of Foreign Affairs Mevlut Cavusoglu, Minister of Internal Affairs Suleyman Soylu, President of the World Ethnoidman Confederation Bilal Erdogan, President of the Board of Trustees of the KADEM Foundation Sumeyye Erdogan, Technical Director of “Baykar Makine” company Selcuk Bayraktar, as well as parliamentarians, governors, and prominent figures closely acquainted themselves with the activities of our volunteers, conveying their thanks to our youth.
It is emphasized that following the earthquake in Türkiye, the only volunteer group operating there was composed of Azerbaijani volunteers. Furthermore, this activity marked the first organized volunteer initiative by Azerbaijani youth in a foreign country in terms of both duration and scale, in the direction of humanitarian aid. Despite the challenging conditions and difficulties reaching remote areas in the earthquake zone, Azerbaijani volunteers traveled long distances to assist those affected by the earthquake. This remarkable activity of Azerbaijani youth in Türkiye once again demonstrates that as a result of the constant attention and support of the country’s leadership towards volunteers and their activities, the volunteer movement in Azerbaijan, which has already gained wide popularity, now has even greater opportunities.
Azərbaycan gənclərinin Türkiyədə zəlzələ bölgəsindəki könüllü fəaliyyətinin yekunlaşmasına həsr olunmuş mətbuat konfransı keçirilib. 17 mart tarixində Bakı Konqres Mərkəzində baş tutan konfransda Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev və Türkiyədə fəaliyyət göstərmiş könüllülülərin bir qrupu iştirak edib, görülmüş işlər barədə ətraflı məlumat verib, jurnalistlərin ünvanlandığı sualları cavablandırıb.
Qeyd edilib ki, Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyəti bir ay davam edib, on minlərlə zərərçəkmiş şəxsə yüzlərlə azərbaycanlı gənc öz kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetirib. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan gənclərimiz, ölkə başçısının “Bir yumruq, bir ürək, bir can” şüarını öz devizinə çevirərək, qardaş ölkədə zəlzələ qurbanlarına dəstək olmaq üçün canla-başla xidmət ediblər.
Məlumat verilib ki, könüllülərimiz zəlzələnin ilk günlərində zərərçəkənlərə harada dəstəyə ehtiyac varsa, ora dərhal yardım üçün tələsib. Həm çadırlar quraşdırıb, həmin düşərgələrdə yerli sakinlərə xidmət edib, həm də ucqar kəndlərdə zərərçəkənlərə zəruri humanitar xidmətlər göstərib. Çörəkbişirmə məntəqəsindən uşaq-əyləncə çadırına, yaralılar üçün ilkin tibbi xidmətdən uşaqlar üçün psixoloji dəstək xidmətinə, isti qidalardan isti geyimlərə hər bir anda könüllülərimiz on minlərlə yardıma ehtiyac duyan qardaş və bacılarının qayğısına qalıb, onlara yorulmadan xidmət göstərib. Bildirilib ki, könüllülərimiz koordinasiyalı şəkildə fəaliyyət göstərərək təkcə zəlzələnin episentri Kahramanmaraşda yox, eləcə də Hatay, Adıyaman və Malatya kimi bölgələrə də gedib, oradakı zəlzələ qurbanları üçün də bu nəcib humanitar missiyanı yerinə yetiriblər.
Qeyd edilib ki, Azərbaycan gənclərinin bu dəstəyini həm yerli sakinlər, həm də qardaş ölkənin rəsmi şəxsləri çox yüksək qiymətləndirib. Kahramanmaraşda Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan könüllülərimiz ilə şəxsən görüşüb, Azərbaycan dövlətinə və xalqına təşəkkür edib. Eyni zamanda Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, DİN rəhbəri Süleyman Soylu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, KADEM Fondunun Qəyyumlar Şurasının sədri Sümeyye Ərdoğan, “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar, habelə millət
vəkilləri, valillər və tanımış şəxslər könüllülərimizin fəaliyyəti ilə yaxından tanış olub, gənclərimizə təşəkkürlərini çatdırıb. Gənclərimizin zəlzələdən zərərçəkmiş bölgələrdə xidməti müddətində Azərbaycan könüllülərinə yerli sakinlərin və çoxsaylı yüksək səviyyəli rəsmilərin minnətdarlıq etməsi, onların zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirməsi, könüllülərimizin bu şərəfli missiyanı uğurla həyata keçirdiyinə və Azərbaycan xalqını qardaş ölkədə yüksək səviyyədə təmsil etdiyinə dəlalət edir.
Xüsusi olaraq vurğulanıb ki, Türkiyədə baş vermiş zəlzələdən sonra orada fəaliyyət göstərən yeganə könüllü heyət Azərbaycan könüllüləri olub. Eyni zamanda bu fəaliyyət Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti bir daha sübut edir ki, ölkə rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük hərəkatı artıq daha geniş imkanlara sahibdir.