Azərbaycan Respublikasının Gənclər Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi gənclərin peşə bacarıqlarının inkişaf edərək əmək bazarında rəqabətə davamlı kadr kimi formalaşması məqsədilə birgə əməkdaşlığa başlayır.
Belə ki, gənclərin müvafiq peşələr üzrə əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarının genişləndirmək məqsədilə “Gənclərin Peşə Hazırlığına Dəstək Proqramı”na start verilir.
Peşə hazırlığı dövlət sifarişi əsasında adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək. Kurs müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək və peşə hazırlığını müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.
Kurslar əmək bazarının tələblərinə uyğun olaraq 20 aktual peşə istiqamətləri üzrə təşkil olunur. Müraciət edən gənclərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaqlar. Peşə hazırlığına cəlb olunmaq istəyən işsiz şəxslər kuslar haqqında məlumatı ərazi üzrə Regional Məşğulluq filiallarından əldə edə biləcəklər.