BMT-nin Uşaq Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 noyabr-24 dekabr 2021-ci il tarixlərində növbəti “Intern Academy” təcrübə proqramı həyata keçirilir.
Əsasən gənclərlə iş, sosial və humanitar elmlər, hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, maliyyə sahələrində təhsil alan tələbə və məzunların iştirak ilə keçirilən “Intern Academy 2” təcrübə proqramı vasitəsilə iştirakçılar gənclərlə iş sahəsindəki bilik və bacarıqları daha da inkişaf etdirərək bu sahədə əlavə təcrübə qazana biləcəklər.
Proqramda iştirak edən 40 gənc müvafiq dövlət qurumu və ya gənclər təşkilatlarında təcrübə keçmək şansı əldə edəcək.