Proqramın əsas məqsədi gənclər sahəsində fəaliyyət göstərən aparıcı təşkilat və dövlət qurumlarında öz ixtisasları üzrə təcrübə keçməyə maraqlı olan tələbə və gənc məzunların bilik və bacarıqların artırılması, gələcək fəaliyyətlərinə təkan verilməsidir.
Təcrübə proqramı haqqında:
Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə müraciətlər qəbul olunur:
– Gənclərlə iş;
– Sosial və humanitar elmlər (ümumi);
– Hüquqşünaslıq;
– Dövlət və bələdiyyə idarəetməsi;
– İqtisadiyyat;
– Maliyyə;
Təcrübə proqramına kimlər müraciət edə bilərlər?
– Əsasən yuxarıda qeyd olunan ixtisaslar üzrə bakalavr və magistratura pillələrində təhsil alan tələbələr, həmçinin yeni məzunlar (son iki il ərzində);
– Bir neçə mövzu üzərində işləməyə və öyrənməyə hazır, bilik və bacarıqlarını artırmağa həvəsli şəxslər;
– Namizədlərin təhlil qabiliyyəti və dil biliklərinin olması arzu ediləndir.
– Yuxarıda göstərilən tələblərə uyğun olan müraciətçilər müsahibəyə dəvət olunacaqlar. Müsahibədə müvəffəqiyyət qazanmış şəxslərə təcrübə proqramının başlamasına ən az 3 gün qalmış məlumat veriləcəkdir və onlarla staj müqaviləsi imzalanacaqdır.
Təcrübə proqramına necə müraciət etmək olar?
Təcrübə proqramına qoşulmaq istəyən şəxslər öz tərcümeyi-hal (CV), tələbə bileti/diplom nüsxəsi və motivasiya məktublarını “[email protected]” elektron poçt ünvanına başlıqda “Intern Academy” qeyd etməklə göndərə bilərlər.
Son müraciət tarixi: 20 oktyabr, 2021-ci il.