“Dağçılıq təlimləri” layihəsi həyata keçirilmişdir

145

Layihə rəhbəri Fatimə Tahirlinin verdiyi məlumata görə, “Dağçılıq təlimləri ” layihəsi çərçivəsində Suraxanı rayon Gənclər Evində rayon ərazisində yerləşən məktəblərdə təhsil alan yeniyetmə və gənclərə ətraf mühit, ekoloji məsuliyyət mövzularında təlimlər keçirilmişdir.
Təlim və seminarlarda 2 gün ərzində ümumilikdə 5 məktəbdən 100-ə yaxın məktəbli iştirak etmişdir. Təlimlərin sonunda iştirakçılar sertifikatla mükafatlandırılmışdır.
Qeyd edək ki, layihənin keçirilməsinin məqsədi yeniyetmə və gənclər arasında dağçılıq idmanına həvəsin artırılması, gənclər arasında dağçılıq idmanının təbliği və ölkəmizdə alpinizm idman növünün inkişafına dəstək olmaqdır.