Yohannesburqda jurnalistlər üçün konfrans! (xərclərin tam ödənilməsi)

229

Qeydiyyatın son günü: 15 may 2017
16-19 noyabr 2017-ci il tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində jurnalistika və araşdırmaçı jurnalistika ilə məşğul olan şəxslər üçün 10-cu “Global Araşdırmaçı Jurnalistika Konfransı” təşkil ediləcək.
İnkişaf etmiş  və iqtisadiyyatı keçid dövründə olan ölkələrdən peşəkar və gənc perspektivli jurnalistlərin mötəbər tədbirdə iştirakı üçün təqaüd almaq imkanı yaradılır.

İştirakçılardan tələb olunur
-Çap və onlayn KİV-də, televiziyada və s. məşğulluğu tam təmin olunmuş jurnalistlər
-Jurnalistikada və ya araşdırmaçı jurnalistikada təcrübəyə sahib olması

Təqaüdə daxildir

  • Yohannesburqa və geriyə uçuş
  • Dörd gecəlik yaşayış yeri
  • Hava limanı və otel arası nəqliyyat
  • Konfrans günlərində səhər yeməyi və nahar
  • Təntənəli banket şam yeməyi
  • İştirak haqqı

Təqaüdə viza ödənişi və s. daxil deyil.

Daha ətraflı  məlumat üçün: http://gijn.org/2017/03/01/fellowships-to-attend-the-global-investigative-journalism-conference/