Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin nümayəndəsi gənclər təşkilatları ilə görüş keçirmişdir

451

15 mart 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatları və gənclərin məlumatlandırılması məqsədi müqavilələrinin qeydiyyata alınması prosedurunda olan son dəyişikliklərlə bağlı gənclər təşkilatları üçün məlumatlandırma görüşü keçirmişdir.
Seminarda gənclər təşkilatları tərəfindən beynəlxalq donorlarla əlaqələr və əməkdaşlığın qurulması, hesabatların təqdimatı və digər sahələrdə olan yeniliklər, eyni zamanda mövcud problemlərin aradan qaldırılması mövzusunda gənclər təşkilatlarınına məlumat verilmişdir.
Görüşdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Səbinə Salmanova və Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin böyük məsləhətçisi İlqar Ağayev iştirak etmişdir.
Gənclər Fondu gələcəkdə digər aidiyyəti qurumlarla birlikdə görüşlərin keçirilməsini də planlaşdırır.