“Çoxlu Dillər, Bir Dünya” Tələbə İnşa Müsabiqəsi

425

Qeydiyyat  üçün son tarix: 16 Mart 2017
Kim müraciət edə bilər: Əyani təhsil alan tələbələr
Mükafat: Boston və Nyu-York şəhərlərinə bütün səfər xərclərinin qarşılanması
Qaydalar
İnşa Birləşmiş Millətlər Təşkilatının rəsmi dilində yazılmalıdır.
İnşanı yazdığınız dildə həm yazılı, həm də şifahi bacarığınızı nümayiş etməlisiz.
təhsil aldığınız univeriset tərəfindən əyani təhsilinizlə bağlı təsdiq olmalıdır.
Yaş həddi 18 və ya 18-dən yuxarı olmalıdır.

Mükafat
ELs Təhsil Xidmətləri qalibi 15-26 iyul 2017-ci il tarixləri arasında Boston və Nyu-York şəhərlərinə səyahət xərclərini tam olaraq qarşılayır.
Qlobal Gənclər Forumunda tələbələr davamlı inkişaf sahəsi üzrə seçilmiş mövzulara uyğun fəaliyyət planı hazırlayaraq,  Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Ofisində təqdim etmək imkanı əldə edəcəklər.
Dəvət edilmiş beynəlxalq dərəcəli alimlərlə ünsiyyət qurma imkanı  və Boston, Nyu-York şəhərlərinə səfər turu qazanacaqlar.
Aviabilet, yaşayış və qidalanma ELS Təhsil Xidmətləri tərəfindən qarşılanacaq.

Necə müraciət etmək olar?
Qlobal vətəndaşlıq və mədəni anlaşmada çoxdilliliyin rolu mövzusunda (max. 2000 sözdən ibarət) esse.
Esse şəxsi, akademik, mədəni və milli fikirləri əks etdirməlidir.
İnşa müsabiqənin “Esse yazı müsabiqənin rəsmi Qaydaları və Prinsipləri” nə uyğun yazılmalıdır.
Təhsil aldığınız müəssisənin səlahiyyətli nümayəndəsi müsabiqədə iştirak etmək üçün sizi tövsiyyə etməlidir, müsabiqənin  rəsmi saytına daxil olaraq  tövsiyyə formu doldurulmalıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

http://www.mladiinfo.eu/2017/01/30/many-language-one-world-student-essay-contest/