“Ekologiyamızı gənclər qoruyur” layihəsinə yekun vurulub

516

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Ekologiyamızı gənclər qoruyur” adlı layihə yekunlaşmışdır. Nərgiz Hüseynovanın rəhbərlik etdiyi layihənin əsas məqsədi gənclərə ətraf mühitin düzgün şəkildə qorunmasına dair dolğun biliklərin aşılanması, eləcə də əldə etdikləri bilik və təcrübələri başqaları ilə bölüşmələrinə zəmin yaratmaqdır.
Quba şəhərində həyata keçirilən layihə çərçivəsində 3 təlim keçirilmişdir ki, burada da gənclər və ətraf mühit, ekoloji tarazlıq, təkrar istesalat ilə bağlı məlumatlar verilmişdir. Layihədən öncə və sonra edilən qiymətləndirmə prosesi layihə iştirakçılarının mövzu ilə bağlı biliklərinin müsbət yöndə dəyişdiyini göstərmişdir.
Layihə iştirakçıları qeyd edilən mövzu üzrə fəaliyyətlərin və ya layihələrin davamlı olmasını istəmişlər. Layihə rəhbəri Nərgiz Hüseynova da Gənclər Fondunun gələcəkdə elan edəcəyi müsabiqəyə bu yöndə layihə ilə müraciət edəcəyini və əsas məqsədin ətraf mühitin qorunması istiqamətində digər regionlardan olan gənclərin də səfərbər edilməsini olduğunu vurğulamışdır.