Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasına namizədlərin sayı 17 oldu

1496

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni heyətinin seçkilərinə sənəd qəbulu yekunlaşdı.
9 – 16 fevral 2017-ci il müddətində Gənclər Fondunun elektron bazasında qeydiyyatdan keçmiş təşkilatlar tərəfindən 17 namizəd irəli sürülmüşür.
Xatırladaq ki, Gənclər Fondunun Nizamnaməsinə əsasən Müşahidə Şurasının üzvlərinin 5-i müvafiq dövlət orqanlarından, 4-ü isə gənclər təşkilatlarını təmsil edirlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 4 ildir. Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq, Müşahidə Şurasının üzvlüyünə gənclər təşkilatları tərəfindən namizədlərin irəli sürülməsini təmin etmək üçün fevral ayı ərzində həmin təşkilatların yığıncağının keçirilməsi planlaşdırılır.
04 mart 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Müşahidə Şurasının üzvlüyünə gənclər təşkilatlarından İsmayılov Şahin Əmir oğlu – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri, Seyidzadə Şahin Kamil oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri və Mehdiyev Nurəddin Səftər oğlu – “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri təyin olunmuşlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin siyahısı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə keçiriləcək seçkilərdə iştirak edəcək təşkilatların siyahısı