“Tibbi yardımçı” məktəblilər üçün ilk tibbi yardım layihəsi uğurla icra edilib

627

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqlarının təşkilati dəstəyi ilə VIII qrant müsabiqəsinin qalibi Aqşin Hüseyni “Tibbi yardımçı” məktəblilər üçün ilk tibbi yardım təlimi adlı layihəsi həyata keçirilib. Layihə 16 və 17 yanvar 2017-ci il S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında, 24 və 25 yanvar 2017-ci il Era Tam Orta Ümumtəhsil məktəbində həyata keçirilmişdir.
Layihənin açılış mərasimində giriş sözü ilə çıxış edən layihə rəhbəri Aqşin Hüseyni iştirakçılara layihənin məqsədi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, fəlakət zamanı və ya ümumiyyətlə hər hansı zədə almış və ya qəfildən xəstələnmiş bir şəxsin həyatını qurtarmaq üçün həkiməqədər ilk tibbi yardım çox vacib və əhəmiyyətli məsələdir. Məsələn hər hansı bir bədbəxt hadisə zamanı yaxınlıqda həkim və ya tibb bacısı olmaya bilər, təcili yardım müəyyən səbəblərə görə hadisənin baş verdiyi məkana gec gələ bilər. Bu səbəbdən hər kəs ilkin tibb yardım haqqında məlumatlı olmalıdır. Lakin bir çox insan bədbəxt hadisə qarşısında nə edəcəyini bilmir. Belə hallar daha çox məktəblilərdə rastlanır. Nəticədə xəsarət almış yoldaşlarına ilkin yardımı göstərilmirlər və bu da vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Tibbin əsas qanununun adı ilə adlanan “Tibbi yardımçı” məktəblilər üçün ilk tibbi yardım təlimi layihəsi ilk tibbi yardımın necə göstərilməyi haqqında məktəblərdə təlimlər təşkil edilir. Bu təlimlərdə iştirak edən məktəblilər mütəxəssislər tərəfindən ilk növbədə yerinə yetirilməli olan təxirəsalınmaz tədbirlər haqqında  məlumatlandırılacaqlar.
16 yanvar 2017-ci ildə S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında keçirilən tədbirdə, gimnaziyanin uşaq birliyinin rəhbəri Zəhra Əkbərli də, bu cür keçirilən layihənin məktəblilər üçün olan əhəmiyyətindən bəhs edib və layihə rəhbərinə təşəkkür edib. Eyni zamanda Zəhra xanım, gimnaziyanin uğurlarından bəhs etmiş, şagirdlərin bilik və bacarıqlarını qeyd etmişdir.
24 yanvar isə Era Tam Orta Ümumtəhsil məktəbinin müəlliməsi Vəfa Şamilova qeyd etmişdir ki, Gənclər Fondu tərəfindən hyata keçirilən layihələr gənclər üçün çox önəmli hadisədir. Bu kimi layihələrin həyata keçirilməsi onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır, eyni zamanda da gənclərə böyük stimul verir. “Tibbi yardımçı” məktəblilər üçün ilk tibbi yardım layihəsinin də uğurlu bir layihə olduğunu qeyd edən Vəfa Şamilova layihə rəhbəri Aqşin Hüseynini təbrik edib, layihənin işində və gələcək fəaliyyətlərində uğurlar arzu edib.