“Gənclərin antinarkomaniya klubu” layihəsinə start verilib

497

11 fevral 2017-ci ildə Sumqayıt şəhəri Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Nəzər Atayev tərəfindən icra olunan “Gənclərin antinarkomaniya klubu” layihəsi çərçivəsində ilk seminar baş tutub.
İlk öncə çıxış edən layihə rəhbəri Nəzər Atayev layihə və onun məqsədi, qarşıya qoyulmuş vəzifələr, Gənclər Fondu haqqında geniş məlumat vermişdir.
Müstəqil ekspert Emil Maqalov iştirakçılara narkomaniyanın fəsadları, onlarda daha çox olan xəstəliklər və həmin xəstəliklərin yayılmasına qarşı görülən tədbirlər, narkotik maddələrə aludə olmuş şəxslərin cəmiyyətə qayıtması üçün onlara yönəldilən müalicə üsulları,bu sahədə görülən maarifləndirmə işləri və s. haqqında məlumat vermişdir. İştirakçıların sualları cavablandırılmış və tədbir qarşılıqlı müzakirə ilə davam etmişdir.
Qeyd edək ki,layihənin əsas məqsədi ümumi maarifləndirmə işləri aparmaqla gənclər arasında narkomaniyanın qarşısının alınmasına dəstək olmaqdır.