“Region Gənclərinin İntellektual Yarışlar Düşərgəsi” layihəsinə yekun vurulub

366

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “Gənclərin İntellektual İnkişafına Yardım” İ.B. tərəfindən “Region Gənclərinin İntellektual Yarışlar Düşərgəsi” layihəsini yarım finalları artıq başa çatmışdı.
Yarımfinallardan öncə 5 müxtəlif mövzuda təlimlər təşkil olunub və ekspertlərlə görüşlər reallaşdırılmışdır. Komandalar 1 həftə ərzində final gününə hazırlıqlarının həyəcanını yaşayırdı. Layihənin keçirilməsində məqsəd intellektual bacarığı olan, bu sahədə uğurlar qazanmış gənclərə diqqət ayırmaqla onların şəbəkəsini təşkil etməkdən ibarətdir.
Finalda isə 7 komanda hazırladıqları biznes planların təqdimatını eləmişdir. Gərgin keçən final mərhələsi iştirakçılar üçün unudulmaz həyəcan və təcrübə yaşatmışdır. 7 müxtəlif sahəni təqdim edən komandalar, qalib olmaq üçün bütün bacarıqlarını nümayiş eləməyə çalışırdılar. Nəticə isə yalnız bir komanda qalib olmaq şansı əldə etdi. Və layihən qalibi olaraq kuboku, medalları, sertifaktı və 500 manat məbləğində mükafatı qazandılar.