Şəhidlərimizin xatirəsinə həsr olunmuş qol güləşi turniri başa çatdı

349
Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ”Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyi “Qəhrəmanlar Unudulmur” adlı layihəsinin icrası çərçivəsində Qazax rayonunda Aprel 2016-cı il döyüşlərində Şəhid olmuş Orucov Mühüd Qurban oğlu, Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş Qol Güləşi turnir başa catıb.
 Tədbir iştirakçıları ilk öncə aprel döyüşlərində həlak olmuş bütün şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. “Gəncliyin Təşəbbüsü”maarifləndirmə İctimai Birliyinin sədri, layihənin təşkilatçısı Azər Əliyev çıxış edərək keçirilən turnirin məqsəd və əhəmiyyətindən danışıb. 
Bildirib ki, turnir aprel 2016-cı il döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlunun, Namazov Elvin Məmməd oğlunun və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunub.
Turnirin keçirilməsində əsas məqsəd rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir. 
Məlumat üçün bildirək ki, gərgin idman mübarizəsi şəraitində keçən turnirdə ümumilikdə Qazax, Ağstafa, Qovlar və Tovuz komandalarının ümumilikdə 71 idmançısı iştirak edib. Turnir həm fərdi həmdə komanda şəklində kecirilmişdir. I, II və III yerləri tutan idmancılar medal və diplomlarla mükafatlandırılmışdırlar.Yekun nəticəyə əsasən Qazax komandası I yerə, Ağstafa komandası II yerə, Qovlar Komandası isə III yerə layiq ğörülmüşdürlər.