Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 9-cu qrant müsabiqəsinin nəticələri

338

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 25 iyul 2016-cı il – 25 avqust 2016-cı il tarixlərində 9-cu qrant müsabiqəsini keçirmişdir. Müsabiqə çərçivəsində Fonda “A” (yerli layihələr) və “B” (beynəlxalq layihələr) kateqoriyaları üzrə 169 layihə təklifi daxil olmuşdur.

Fondun Müşahidə Şurasının qərarına əsasən “A” kateqoriyası üzrə 110 və “B” kateqoriyası üzrə 5 layihənin  dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 115 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1.052.000 manat vəsaitin ayrılması qərara alınmışdır.

9-cu qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə tanış ola bilərsiniz:

Kateqoriya A     Kateqoriya B