İlahə Qismət – Muğamatım bir dəryadır

308

Mən İlahə Qismət gənc bəstəkar, Qara Qarayev təqaüdçüsü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşı, həmçinin də II kurs magistratura tələbəsiyəm.
Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun VI qrant müsabiqəsində “Muğamatım bir dəryadır” adlı layihəsi ilə qalib oldum və layihənin həyata keçirilməsi üçün 2500 AZN maliyyə vəsaiti ayrıldı.
Gənclər üçün “Muğamatım bir dəryadır” adlı layihənin keçirilməsini planlaşdırdığım dövrdə Gənclər Fondunun mövcudluğu ilə bağlı yaxın dostlarım məni məlumatlandırdı.
Müasir dövrümüzdə dövlətimizin şifahi ənənəli professional musiqimiz olan muğamlara diqqəti göz önündədir. Keçirilən televiziya muğam müsabiqələri, festivallar, aşkarlanan istedadlı gəclər hər zaman marağımı cəlb etmişdir. Bütün bu tədbirlər birbaşa milli dəyərimizin, mənəvi irsimiz olan muğamların təbliğinə və onun gələcək nəsillər üçün yaşadılması məqsədini güdmüşdur. Lakin diqqət yetirdikdə muğamların ifasından əlavə onlar haqqında nəzəri biliklərin də gənclər arasında təbliğ olunmasına ehtiyac olduğunu duyurdum. Məhz bu ideyadan yola çıxaraq gəcləri hərtərəfli muğamlarımızla tanış etmək üçün layihə hazırladım. İlk öncə layihə musiqiçi gənclərə istiqamətləndirilmişdi. Layihənin başlaması ilə əlaqədar mediyada yayılan elanlar zamanı maraqlı faktla qarşılaşdır. İştirak üçün müaricət edən gəclər müxtəlif ixtisas sahibləri idi. Fərqli təhsil ocaqlarından olan müxtəlif yaş kateqoriyalı tələbələr layihədə iştirak üçün qeydiyyatdan keçdi. 3 gün ərzində keçirilən layihədə musiqisevər gəclər xalq artisi, xanəndə Zümrüd Məmmədovanın, əməkdar artist, kamança ustası Mirnazim Əsədullayevin, Əməkdar artist, bəstəkar Aydın Əzimovun dilindən muğam biliklərinə yiyələnərək onlarla yaxından   tanış olma imkanı əldə edə bildilər. Layihə çərçivəsində iştirakçıların milli irsimiz olan muğamlar haqqında mövcud sualları cavablandırıldı. Onlar canlı trio ifasında, həmçinin video nümayiş vasitəsi ilə muğam parçaları dinləyə bildilər. Hər kəsin layihəyə böyük həvəslə yanaşması, məsuliyyətlə hər üç gündə iştirak etmələri belə layihəyə həqiqətən də  ehtiyac olduğunu təsdiqlədi. Layihə olduqca maraqlı, səmimi və disskusiya şəklində keçdi. Sonda iştirakçılar sertifikatlarla təltif olundular. Sonda iştirakçılar layihədən muğam haqqında bir çox biliklərlə ayrıldılar və layihənin faydasını gördülər.
Deyə bilərəm ki, layihə nəzərdə tutduğumdan da uğurlu keçdi və geniş marağa səbəb oldu. Müxtəlif radio və televiziya kanallarından layihə haqqında çıxış üçün dəvət aldım. Həmçinin 30-a yaxın sayt və qəzetlərdə layihə haqqında gözəl sözlər yazıldı. Bütün bunlar uğurlu layihənin göstəriciləri oldu.
Gəclər Fondu belə faydalı layihəni həyata keçirmək üçün mənə dəstək oldu və bu mənim həyatımda gələcəyə doğru daha da həvəslə vətənə, gəclərimizə xidmət etmək üçün stimul rolu oynadı. Digər uğurlarım sırasına Gənclər Fondunun dəstəyi ilə keçirilən “Muğamatım bir dəryadır” adlı layihəm də əlavə olundu. Ümid edirəm ki, gələcəkdə də Gənclər Fondu ilə müxtəlif mövzulu layihələr həyata keçirəcəyəm. Dövlətimizə belə imkanı bizə yaratdığı üçün bir Azərbaycan gənci olaraq dərin minnətdarlığımı bildirirəm.