Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsinin nəticələri

437

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 2014-cü il sentyabrın 5-i oktyabrın 20-si tarixlərində 6-cıi qrant müsabiqəsini keçirmişdir. Müsabiqə çərçivəsində Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1248 layihə təklifi daxil olmuşdur.

Fondun Müşahidə Şurasının qərarına əsasən “A” kateqoriyası üzrə 103, “B” kateqoriyası üzrə 13 və “C” kateqoriyası üzrə 292 layihənin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 408 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2.086.100 manat vəsaitin ayrılması qərara alınmışdır.

6-cı qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə tanış ola bilərsiniz:

Kateqoriya A     Kateqoriya B    Kateqoriya C