Azərbaycan Gənclər Fondu tərəfindən keçirilən 4-cü qrant müsabiqəsinin nəticələri açıqlandı

363

“C” kateqoriyası  üzrə keçirilən müsabiqəyə  oktyabrın 8-dən noyabrın 18-dək  14-29 yaşlı şəxslər tərəfindən 668  fərdi layihə təqdim edilmişdir. Müzakirələr nəticəsində Müşahidə Şurasının üzvləri təqdim olunan layihələrdən 391-nin maliyyələşdirilməsini məqsədəuyğun saymışlar. Gənclərin təşəbbüsləri qiymətləndirilərkən,   təhsildəki yeniliklərə və elmi nailiyyətlərə həsr olunmuş tədbirlərin təşkili, intellektual yarışların və incəsənətin müxtəlif sahələri üzrə müsabiqələrin keçirilməsi, gənc  texniklərin ideyalarının reallaşdırılması, bədii və elmi ədəbiyyata marağın artırılması, könüllülüyün və tolerantlığın təbliği, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası,  ekoloji durumun yaxşılaşdırılması, region gənclərinin ictimai fəallığının artırılması və s. mövzularda  hazırlanan, real icra planı və büdcəsi olan  layihələrə üstünlük verilmişdir.  Barələrində müsbət qərar qəbul olunmuş fərdi layihələrin maliyyələşdirilməsi üçün Fond tərəfindən 833 min manat vəsait ayrılmışdır.

C Kateqoriyası