AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR FONDUNUN QRANT MÜSABİQƏLƏRİ ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏRİN FƏRDİ LAYİHƏ MÜRACİƏTİ ÜÇÜN ƏRİZƏ FORMASI

Layihənin istiqaməti
İlkin təqdimat
Ümumi məlumat
Layihənin təşkili
Layihənin nəticələri və qiymətləndirilməsi
Layihənin büdcəsi
Layihənin istiqaməti və qısa izahlar
1“VətənimİZ” Qrantı
Azərbaycan tarixinin, adətlərinin, milli-mənəvi dəyərlərin təbliği, Vətən Müharibəsində Zəfərimizin qeyd olunması və gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı digər təşəbbüsləriniz varsa “VətənimİZ” qrantına müraciət edin!
2“İnnovativ Gənclik” Qrantı
İnnovasiyalar və yeni texnologiyalarla bağlı təşəbbüsləriniz varsa, sosial biznes, innovativ startap ideyanızla və ya Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”a töhfə verəcək innovativ layihənizlə “İnnovativ Gənclik” qrantına müraciət edin!
3“Gəncdən Gəncə” Qrantı
Həmyaşıdlarınız üçün qeyri-formal təhsil imkanları - müxtəlif mövzularda təlim, tədris və maarifləndirmə təqdim edən təşəbbüslərlə “Gəncdən Gəncə” qrantına müraciət edin!
4“Gənc İstedad” Qrantı
Ədəbiyyatdan musiqiyə, memarlıqdan təsviri incəsənətə kimi incəsənətin müxtəlif istiqamətində xüsusi istedadınız, bilik və bacarıqlarınız varsa, öz istedadınızı inkişaf etdirmək, nümayiş etmək və digər gənclərlə bölüşmək üçün “Gənc İstedad” qrantına müraciət edin!
5“Gənclər Məkanı” Qrantı
Təşəbbüskar gənc olaraq müxtəlif mövzularda – ekologiya, sahibkarlıq, natiqlik, debat, skautinq və sair – gənclərin maraq klublarını yaratmaq və ya mövcud klubunuzun fəaliyyətini genişləndirmək təşəbbüsünüz varsa, “Gənclər Məkanı” qrantına müraciət edin!
6“Gənc Lider” Qrantı
Daimi və davamlı fəaliyyəti mövcud olan gənclərin təşəbbüs qruplarının gənc liderisinizsə (rəhbər və təsisçiləri) araşdırma və tədqiqat, icma inkişafı və klub fəaliyyətləri ilə bağlı təşəbbüsləri ilə “Gənc Lider” qrantına müraciət edin!
7“Azərbaycan Könüllüsü” Qrantı
1 ildən artıq davamlı könüllü fəaliyyəti təcrübəsi olan gənc könüllüsünüzsə, sosial, ekoloji, mədəni, virtual və sair ictimai faydalı könüllü təşəbbüslər ilə “Azərbaycan Könüllüsü” qrantına müraciət edin!
8“Tələbə Təşəbbüsü” Qrantı
Ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının seçkili nümayəndəsinizsə (sədr və sədr müavinləri) tələbə özünüidarəetməsinin inkişafı və tələbə klublarının inkişafı ilə bağlı təşəbbüslər ilə “Tələbə Təşəbbüsü” qrantına müraciət edin!

Bir neçə format seçə bilərsiniz.

Gənclər tərəfindən vətənpərvərlik təşəbbüsləri

Gənclər tərəfindən yeni innovasiya və texnologiyaların tətbiqinə yönələn təşəbbüslər

Gənclər tərəfindən həmyaşıdları üçün qeyri-formal təhsil imkanlarını təqdim edən təşəbbüslər

Gənc istedadların müxtəlif istiqamətlərdə yaradıcılığına dəstək

Gənclərin liderliyi ilə müxtəlif mövzular üzrə gənclər klublarının fəaliyyətinin təşkili təşəbbüsləri

Gənclərin təşəbbüs qruplarının təşəbbüsləri

Gənclərin ictimai faydalı könüllü fəaliyyət təşəbbüsləri

Tələbə Gənclər Təşkilatlarının təşəbbüsləri

İlkin təqdimat

Təqdim olunan e-mail işlək olmalıdır. E-mail Gənclər Fondu ilə fiziki şəxs arasında rəsmi yazışmalar üçün istifadə olunacaq

əgər varsa.

http://facebook.com/youthfundaz

CV PDF, DOC, DOCX və JPG formatlarından biri olmaqla 3MB həcmini keçməməlidir.

Layihənin təsviri Təqdim edilən layihə haqqında ümumi məlumat

Layihənin adı aydın və konkret olmalı, layihənin ideyasını təqdim etməlidir

Mövzu üzrə sizin əvvəlki dövrdə həyata keçirdiyiniz layihə və fəaliyyətləri, müvafiq istedad, bilik və bacarıqlarınızı göstərərək təqdim olunan layihənin həyata keçirilməsinə təcrübənizin uyğunluğunu göstərin

Layihənin əsas mahiyyətini 1500 simvoldan çox olmamaq şərti ilə ifadə edin. Bu xanada layihənizin qısa məzmunu aydın şəkildə göstərilməlidir

Layihənin keçirilməsi nə üçün vacibdir? Layihə hansı problemi həll edir? Layihədə həll etmək istədiyiniz problem, onun aktuallığı haqqında 1500 simvoldan çox olmamaq şərti ilə məlumat verin

Məqsədi 500 simvoldan çox olmamaq şərti ilə aydın və ölçülə bilən formada göstərin

Layihənin qarşıya qoyulan vəzifələrini 1500 simvoldan çox olmamaq şərti ilə aydın göstərin

Layihənin ünvanlandığı gənclər qrupu haqqında məlumat verin. Onları layihəyə hansı formada cəlb edəcəyinizi, habelə yaş hədlərini və sayını 1000 simvoldan çox olmamaq şərti ilə göstərin

Nəzərə alın ki, həll edilməsi nəzərdə tutulan problemlə layihənin həyata keçiriləcəyi coğrafi ərazi arasında bağlılıq olmalıdır. Bir neçə rayonu seçə bilərsiniz

Layihə çərçivəsində əməkdaşlıq edəcəyiniz qurumlar – dövlət, özəl, QHT və sair olacağı təqdirdə, onlar haqqında məlumatları qeyd edin)

1. Tərəfdaşın adı / Əlaqələndirici şəxs (adı və soyadı) / Telefon nömrəsi / E-mail /Tərəfdaşın layihədə rolu

Layihənin təşkili

Qarşıya qoyulan məqsədə çatmaq üçün 5000 simvoldan çox olmamaq şərti ilə hansı mərhələlərdə hansı fəaliyyətlərin yerinə yetiriləcəyini ardıcıllıqla qeyd edin və hər bir fəaliyyətin qısa şərhini verin

Sosial şəbəkələr, media və digər alətlər vasitəsi ilə layihənin təbliği və tanıtımını necə aparacağınızı 1500 simvoldan artıq olmamaq şərti ilə təsvir edin

Layihənin icrasına cəlb olunacaq şəxslər – komandanız haqqında məlumat verin

Adı və soyadı / Təvəllüdü / Layihədə rolu (vəzifəsi)

Maksimum 10MB həcmində ümumilikdə 10 PDF, DOC, DOCX, JPG, ZİP və ya RAR formatında sənəd yüklənə bilər

Əlavə etmək istədiyiniz digər sənədlər olduğu halda

Təqdimat, layihənin ətraflı təsviri, zəmanət məktubu və sair. Layihə təqdim etdiyiniz istiqamət üzrə xüsusi meyarlar mövcuddursa həmin meyarlara cavab verdiyinizi təsdiq edən sənədləri, arayış və ya sertifikatları əlavə edin. Maksimum 10MB həcmində ümumilikdə 10 sənəd yüklənə bilər

Layihənin nəticələri və qiymətləndirilməsi

Layihənin icrasından əldə olunacaq konkret nəticələri ardıcıllıqla, 500 simvoldan çox olmamaq şərti ilə qeyd edin. Minimum 3, maksimum 5 nəticə göstərilə bilər

Layihə bitdikdən sonra onu necə davam etdirməyi planlaşdırırsınız? Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığının təmin olunması istiqamətində görəcəyiniz işləri konkret olaraq, ardıclılıqla, 1500 simvoldan çox olmamaq şərti ilə qeyd edin

Layihənin büdcəsi

Layihənin icrası üçün tələb olunan məbləği qeyd edin. Yalnız rəqəm daxil edin

Layihənin icrası üçün tələb olunan büdcənin maliyyə əsaslandırılması:

Layihənin icrası üçün tələb olunan xərcləri təsvir edin. Yalnız rəqəm daxil edin. Xərc tələb olunmayan istiqamətlər üzrə ulduzlu xanalara 0 qeyd edin.

Yalnız rəqəm

Məbləğ

Yalnız rəqəm

Məbləğ

Yalnız rəqəm

Məbləğ

Yalnız rəqəm

Məbləğ

Yalnız rəqəm

Məbləğ

Yalnız rəqəm

Məbləğ

Yalnız rəqəm

Məbləğ

Yalnız rəqəm

Məbləğ

Yalnız rəqəm

Məbləğ