Gənclər üçün imkanlar

Qrant müsabiqələri



Gənclər Fondu gənclərin fərdi layihələrinin qrant şəklində maliyyələşməsi üzrə müsabiqələr təşkil edir. Müsabiqədə Azərbaycan Respublikasının vətandaşı olan 18-29 yaş kateqoriyasına daxil olan gənclər iştirak edə bilər. Müsabiqə çərçivəsində gənclər C kateqoriya üzrə layihə təqdim edə bilər. Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 3 aydan az, 6 aydan çox olmamalıdır. Layihələr üçün ayrılan qrantın məbləği 5.000 AZN-ə qədər ola bilər.


Beynəlxalq tədbirlərdə iştirakın maliyyələşdirilməsi



Beynəlxalq tədbirdə iştirakın maliyyələşdirilməsi üçün 16–29 yaş həddində olan ictimai fəal, istedadlı, yaradıcı gənclər və gənc tədqiqatçılar müraciət edə bilərlər. Maliyyələşdirməyə qərar verildiyi halda beynəlxalq tədbirdə iştirakla bağlı tədbirdə iştirak haqqı, nəqliyyat və yaşayış xərci Fond tərəfindən qarşılana bilər.
Fond həmçinin gənclərin beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirir.




Təhsil sahəsində dəstəklənmə



Təhsil sahəsində 2 proqram vardır:
İxtisas və təhsil proqramları üzrə ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilini maliyyələşdirir. Buna təhsil haqqı, yaşayış, sığorta, viza və nəqliyyat xərcləri daxildir. Magistr və daha yuxarı təhsil pillələri üçün hər tədris ilinin əvvəlində universitetlər və ixtisasların siyahısı elan edilir.

Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan istedadlı gənclərə təhsil müddətində təhsil xərclərinin ödənilməsi üçün Fondun vəsaiti hesabına maliyyə dəstəyi göstərilir. Əsas meyar kimi gənc tələbənin davamiyyəti, təhsil göstəriciləri və müraciət edənin həssas sosial qrupa aid olmasıdır. Resipientlər




Məşğulluğun təmin edilməsi



Gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqını 1 (bir) ildən çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdirilir.




Benəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakın maliyyələşirilməsi



Beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi üçün 16–29 yaş həddində olan bilikli gənclər müraciət edə bilərlər. Müsabiqədə qalib gələn gənclərin ən çoxu 3 ay müddətinə olmaqla beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirakı Fond tərəfindən qarşılana bilər.




Gənc sahibkarlara dəstək



Gənclərin təqdim etdikləri innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə 1.000 AZN-dən 50.000 AZN-dək güzəştli kreditlər ayırır.