Azərbaycan Respublikasının Gənclər Fondunun Qrant Müsabiqələri çərçivəsində gənclər təşkilatı ilə Gənclər Fondu arasında qrant müqaviləsinin bağlanması üçün elektron pəncərə


TƏLİMATLARLA TANIŞ OLUN


Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən gənclər təşkilatları ilə müqavilənin bağlanması və vəsaitin birinci hissəsinin köçürülməsi proseduru - YÜKLƏ

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Qrant Müsabiqələri çərçivəsində maliyyələşdirilmiş layihələrin icrasının yekunları ilə bağlı resipiyentdən tələb olunan sənəd və materialların siyahısı – YÜKLƏ

Müqavilə imzalanması üçün tələb olunan sənədlərin nümunələri – YÜKLƏ

ELEKTRON FORMADA SƏNƏDLƏRİNİZİ TƏQDİM EDİN

.docx və ya .doc formatında

.docx və ya .doc formatında

.xls və ya .xlsx formatında

.xls və ya .xlsx formatında

büdcədə göstərilən hər gün üzrə, .docx və ya .doc formatında

büdcədə göstərilən hər bir şəxsin, .docx, .doc və ya .pdf formatında

DİQQƏT: Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin məsul əməkdaşı (layihənin kuratoru) tərəfindən sənədlər yoxlandıqdan sonra kurator sənədlərə müvafiq düzəlişlər edir və sənədləri elektron xidmətlər sistemi vasitəsi ilə gənclər təşkilatına göndərir. Gənclər təşkilatı sənədlərlə tanış olduqdan sonra hər hansısa əlavəsi varsa, sənədləri yenidən sistemə yükləyir.

Sənədlər tam qaydasında olduğu halda resipiyentə bununla bağlı bildiriş göndərilir, gənclər təşkilatının rəhbəri üçün vaxt təyin olunur və təşkilat sənədlərin son versiyasını elektron daşıyıcıya yükləyərək (fləşkart) və eyni zamanda çap nüsxələrini və təşkilatın möhürünü özü ilə götürərək,  təyin olunmuş vaxtda Fonda yaxınlaşır.

Hazır sənədlər çap formada aşağıdakı sayda təqdim olunmalıdır:

  • Müqavilə - 2 nüsxədə
  • Bank tərəfindən təsdiq olunmuş rekvizitlər – 1 orijinal nüsxədə
  • Hesab-faktura (vəsaitin 70% üçün) – 2 orijinal nüsxədə
  • Layihənin təsviri – 2 nüsxədə
  • Layihənin büdcəsi – 2 nüsxədə
  • Layihənin icra planı – 2 nüsxədə
  • Layihənin tədbirlərinin proqramı – 2 nüsxədə
  • Layihə komandasının CV-ləri – 1 nüsxədə
  • Təşkilat rəhbərinin şəxsiyyət vəsiqəsinin sürəti (hər iki tərəfi) – 1 nüsxədə


Qeyd 1: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin Dövlət Reyestrindən çıxarışının bitmə müddəti Gənclər Fondunun qrant müsabiqəsində qalib olmuş gənclər təşkilatlarının layihələrinin bitmə müddəti ilə uzlaşmalıdır. Əks halda həmin təşkilatlarla müqavilə imzalanmayacaqdır.

Qeyd 2:Qalib olmuş gənclər təşkilatlarının layihələrinin icra müddəti 20 iyul 2020-ci il (müqavilə bağlanan tarixdən ən az 20 gün sonra) tarixindən tez başlaya bilməz.

Qeyd 3: Qrantın alınması məqsədilə müqavilələrin imzalanması üçün sənədlərin son göndərilmə tarixi 10 iyul 2020-ci il müəyyən edilmişdir.