“Auditoriya +” layihəsi start götürür

334

[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/Logo-auditoriya.png” ]

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Xəzəryanı Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Auditoriya +” layihəsi start götürür.

Layihə iştirakçılara məlumat əldə etməyin, əsər öyrənməyin qeyri-ənənəvi metodunu təklif edir. Belə ki, adətən məlumat verildikdə və ya dərs keçildikdə gənclər yalnız deyilənləri eşidir və deyilənləri hərə öz təxəyyülündə müxtəlif cür təsəvvür edir. Digər bir misal olaraq qeyd edək ki, tamaşaya baxdıqda baş verən hadisələrin səbəbləri, müəllifin əsəri nə üçün belə yazdığı, əslində nəyə işarə olunduğu müəmmalı qalır.

Bu kimi problemləri aradan qaldırmaq üçün “Auditoriya +” adlı dərslə tamaşanın vəhdətini təşkil edən yeni metodik forma təklif olunmuşdur. Şəmsi Gülverdinin rəhbəri olduğu sözügedən layihənin Şuşa Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə 23 may 2013-cü il tarixində saat 15:00-da Bakı Slavyan Universitetinin böyük akt zalında reallaşdırılması planlaşdırılır. Layihə çərçivəsində dahi mütəfəkkirimiz, maarifçi Mirzə Fətəli Axundovun “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri səhnələşdiriləcək. Eyni zamanda əsər ədəbiyyatçı tərəfindən izah olunacaq. Layihənin əsas özəlliklərindən biri də göstərilən tamaşanın tələbələrin tədris sisteminə uyğun olması, dərs yükündə əks olunmasıdır.

Layihədə iştirak etmək istəyənlər 21 may 2013-cü il tarixinədək auditoriyaplus@gmail.com ünvanına öz CV-lərini göndərə bilərlər.