“Sabaha baxış” layihəsinin final mərhələsi keçirilib

80

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan
Dövlət Pedaqoji Universitetinin  Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə
ADPU-da icra olunan “Sabaha baxış” layihəsinin finalı mərhələsi keçirilib. Layihə
tələbələr arasında kitab mütaliəsinə marağın artırılması və esse yazma, tənqidi təfəkkür
bacarıqlarını stimullaşdırmaq məqsədi daşıyır. Martın 12-də  müsabiqənin final mərhələsi keçirilib. Finala vəsiqə qazanan iştirakçılar 10 dəqiqə ərzində mütaliə etdikləri əsər haqqında təhlillərini verib, şifahi nitq və nəticəçıxarma qabiliyyətlərini nümayiş etdiriblər. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ilk üç yerin sahibi bəlli olub. Birinci yerin sahibi Filologiya fakültəsinin tələbəsi Səma Məmmədsalahova, ikinci yerin sahibi Filologiya fakültəsinin tələbəsi Həbib Yolçiyev, üçüncü yerin sahibi isə İbtidai təhsil fakültəsinin tələbəsi Aysel Əsgərova olub. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb, eyni zamanda fərqlənən 20 iştirakçı sertikifatla təltif edilib. Sonda tədbir iştirakçılarına kitab mütaliəsi ilə bağlı maarifləndirici bukletlər paylanılıb.