“Region gənclərinin Avropa startap təcrübəsinin öyrənilməsi” layihəsi yekunlaşıb

96

“Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin Avropa startap təcrübəsinin öyrənilməsi” adlı layihə çərçivəsində Gəncə, Qəbələ və Şəki şəhərlərində təlim təşkil edib. Layihənin məqsədi regionlarımızda yaşayan gənclərə Avropada mövcud olan startap təcrübəsini öyrətmək, ölkəmizdə bu sahədə mövcud şərait və imkanlarla yaxından tanış etmək, onların müvafiq vərdiş və bacarıqlarını artırmaqdır. Təlimdə gənclərə startap layihələrin hazırlanması və idarə olunması barədə, yeni innovativ təcrübənin əsas istiqamətləri haqda ətraflı məlumat verilib, gənclərə müvafiq məlumatlandırıcı bukletlər və informativ posterlər təqdim olunub.