Gəncə gəncləri ağac əkmə aksiyasında iştirak edib

93

02 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilati dəstəyi ilə “İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihə çərçivəsində universitetin həyətyanı sahəsində gənclərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.  Yaşıllaşdırma məqsədilə keçirilən aksiyada Azərbaycan Dövlət Aqrar Universitetinin gənc müəllimləri, layihə rəhbəri Cəfər Cəfərov və bir qrup gənc tələbə kollektivi iştirak ediblər. Aksiya zamanı 100 ədəd müxtəlif növ ağaclar əkilib. Layihə rəhbəri çıxış edərək, yaşıllıqların qorunub saxlanılması, ağacların sayının artırılması və əkilən ağaclara qulluq edilməsi haqqında öz tövsiyyələrini vermişdir. Daha sonra o, gəncləri ətraf mühitdə ekoloji tarazlığın qorunub saxlanılması üçün keçirilən tədbirlər sistemində yaxından iştirak etməyə və əkdikləri ağaclara vaxtlı-vaxtında qulluq etməyə çağırıb.