“Azərbaycan Skautlarının hərbi yaddaşı” layihəsinin II hissəsi keçirilmişdir

78

16 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olmuş “Azərbaycan Skautlarının hərbi yaddaşı” layihəsinin II hissəsi  Bakı şəhərində həyata keçirilmişdir.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbir müddətində Aprel döyüşlərində şəhid olmuş hərbiçilərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Aprel döyüşlərindən bəhs edən video-çarx ilə yanaşı, skautlara layihə çərçivəsində həyata keçirilən tədbirləri əks etdirən video-çarxlar da təqdim olunmuşdur.
Aprel şəhidlərimiz, onlar haqqında öncədən hazırlanmış məlumatlar iştirakçılar tərəfindən səsləndirilmiş, daha sonra “Azərbaycan əsgərinə salam olsun” başlığı altında cəbhədə olan əsgərlərimizə məktublar yazılmışdır. Bakı Dövlət Universitetinin tarix elmlər üzrə dosenti, Qarabağ müharibə veteranı Atamoğlan Məmmədli tərəfindən Aprel döyüşləri, ümumilikdə Vətənimizin hərb tarixi haqqında məlumatın verilməsi ilə davam edən tədbir skautlara iştiraklarını təsdiqləyən sertifikatların təqdim olunması ilə yekunlaşmışdır.
Qeyd edək ki, layihənin III mərhələsinin Şəkidə keçirilməsi planlaşdırılır.