Gəncədə “Səssizliyin səsi olaq – gənclər arasında işarət dilinin təbliğinin təşkili” adlı layihə keçirilmişdir

125

19 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə Dövlət Universitetində “Səssizliyin səsi olaq – gənclər arasında işarət dilinin təbliğinin təşkili ” adlı layihə təşkil olunmuşdur. Layihə rəhbəri Nərgiz Abdulova iştirakçıları salamlayaraq layihə barədə məlumat vermişdir. O bildirmişdir ki, layihənin əsas məqsədi Azərbaycanda yaşayan eşitmə və danışma məhdudiyyəti olan uşaq və gənclərin cəmiyyətə inteqrasiya edilməsinə və həmçinin bu kateqoriyadan olan digər dünya ölkələrində yaşayan həmyaşıdların Azərbaycanı tanıtamağa nail olmaqdır.
Layihə çərçivəsində Bakidan 20 gənc ilə Gəncə Dövlət Universitetinə “Səssizliyin səsi” olmaq üçün yola çıxmışlar. GDU- də böyük maraqla qarşılanan işarət dili haqqinda, 80 nəfərlik auditoriya üçün təlim keçirilmişdir. Bu dili bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bu dil bizim Azərbaycan Respublikası vətəndaşlarının dilidir. Onlar yalnız eşitmə və nitq məhdudiyyəti ilə fərqlənir. Bizim cəmiyyətdə yaşayan bu gənclərə dəstək göstərmək üçün bu dili öyrənmək çox vacibdir. GDU-nin dekanı Gülsüm xanım, layihəni yüksək dəyərləndirərək tələbələrə bəzi məsləhətlər vermiş və Gənclər Fonduna bu kimi layihələrə önəm verməsini alqışlayaraq təşəkkürünü bildirmişdir.
Layihə GDU-nin baş binasında həyata keçirilmişdir. Təlimdə Universitetin dekanı Gülsüm xanımla yanaşı, Gəncə şəhər KIV nümayəndələri də iştirak etmişlər. Təlimdə  “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasina Dəstək” IB-nin rəhbəri Səbinə Kərimova və “Eşitmə və Nitq Məhdudiyyəti olan Şəxslərə Sosial Yardim”IB-nin rəhbəri Cəmilə Çingizqızı qonaq qismində iştirak edərək təlimi yüksək qiymətləndirmişlər. Təlimdən sonra GDU-nun müəllimi Ruslan Həsənoğlu Bakıdan gələn 20 nəfər eşitmə və nitq məhdudiyyətli gəncləri Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında yaradılmış əlilliyi olan şəxslər üçün təlim mərkəzilə tanış etmişdir.