Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının yeni iclası keçirilmişdir.

464

20 fevral 2019-cu il tarixində Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ilk iclası keçirilmişdir. İclasda Fondun  Müşahidə Şurasının gündəliyi müzakirə edilmiş və 2018-ci ildə görülmüş işlər barədə hesabat, iclas iştirakçılarının diqqətinə çatdırılmışdır. Daha sonra 2019-cu il Gənclər Fondunun fəaliyyət planı müzakirə olunaraq təsdiqlənmiş, o cümlədən 2019-cu ildə Gənclər Fondunun maddi texniki bazası əsasında fəaliyyətə başlayan Gənclərin Karyera və  İnkişaf Mərkəzinin iş strukturu müzakirə olunmuşdur. İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin Müşahidə Şurasının üzvləri – Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri  Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak etmişlər.