Lənkəranda “Vətənim Azərbaycan” İntellektual Oyunu layihəsinin final turu baş tutmuşdur

73

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsi  çərçivəsində C kateqoriyası üzrə qalib olan  “Vətənim Azərbaycan” intellektual oyunu layihəsinin Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində rayon üzrə final turu baş tutmuşdur. Yarışmada 17-23 yaş qruplarında gənclərdən ibarət 6 komanda finalda mübarizə aparmışıdır.
Yarışmanın açılışını giriş sözü ilə başlayan “Vətənim Azərbaycan” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov iştirakçılara uğurlar arzulamışdır.
“Maximum” Təhsil Mərkəzinin direktoru, Layihə eksperti Rəşad Abbaszadə oyunun qaydalarını iştirakçılara izah etmiş və komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan etmişdir.
Yarışmada əsasən Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və coğrafiyasını əhatə edən suallar səsləndirilmişdir. Yarışmada 1-ci yeri Therion, 2-ci yer Aysberq, 3-cü yeri  isə Gələcəyin Ümidləri komandaları qazanmışdır. Məlumat üçün qeyd edək ki, ilk 3 yer tutan komandalar diplom, 1-ci yer tutan Therion komandası  isə kubokla təltif edilmişdir. Əlavə olaraq bütün iştrakçılar sefitikartla təltif edilmişdır.
Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan tarixi və mədəniyyətini intellektual oyunlar vasitəsi ilə gənclər arasında təbliğ etmək, fəal və intelektli gəncləri üzrə çıxartmaq, region və respubilka turnirlərində onların iştirakına dəstək olmaqdır.