“Skautlar İntellektə Doğru” İntellektual Oyunu layihəsinin yekun mərhələsi Lənkəran şəhərində başa çatmışdır

75

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Lənkəran şəhər Gənclər və İdman İdarəsində  Lənkəran Skautları arasında keçirilən “Skautlar İntellektə Doğru” intellektual oyunu layihəsi başa çatmışdır.  Yarışmada 16-18 yaş qruplarında gənclərdən ibarət 8 komanda və hər komandada 5 nəfər təmsil olunmuşdur.
Yarışmanın açılışını giriş sözü ilə açan “Skautlar İntellektə Doğru” intellektual oyunu layihəsinin rəhbəri Orucəli Abbaszadə layihənin məqsədləri eyni zamanda layihənin əhatə etdiyi rayonlar haqqında  komanda üzvlərini məlumatlandırılmış və iştirakçıları yarışmada fəal olmağa çağırmışdır. Növbəti çıxışda Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırmış və yarışmanın işinə uğurlar arzulamışdır.
Lahiyənin moderator təlimçi Famil Məmmədov oyunun qaydalarını iştirakçılara izah etmiş, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan etmişdir.
Yarışma A və B qrup olmaqla iki qrupda 8 komanda mübarizə aparmış, hər qrupun ilk iki yer tutan komandası finala vəsiqə qazanmışdır. Yarışmanın  sonunda 1-ci yer tutan “Maximum” komandası diplom və kubokla təltif edilmişdir. 2 və 3-cü yer tutan “Boş çoxluq” və “Standart” komandaları diplomla təltif olunmuş və sonda bütün iştrakçılara sertifikat təqdim edilmişdir.
Bununla da “Skautlar İntellektə Doğru” intellektual oyunu layihəsi Biləsuvar, Quba, Balakən və sonuncu olaraq Lənkəran şəhərində keçirilməklə başa çatmışdır.