“İş müsahibəsindəSƏN!” layihəsinin təlimləri başlamışdır

170

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İş müsahibəsindəSƏN!” layihəsinin təlimlərinə start verilmişdir.  Layihə çərçivəsində ilk təlim 12 yanvar 2019-cu il tarixində keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Amil Şirinov iştirakçıları salamlayaraq Bakı şəhərində həyata keçirilən bu layihənin əsas məqsədinin gənclərin işə düzgün müraciət, uğurlu CV və işə qəbul üçün uğurlu müsahibə qaydaları haqqında maarifləndirilməsi olduğunu diqqətə çatdırmışdır. O, həmçinin qeyd etmişdir ki, layihə gənclər arasında böyük maraq yaratmış, iştirak üçün 200-dən çox müraciət daxil olmuşdur. Daha sonra təlimçi, Odlar Yurdu Universitetinin “Karyera və İnkişaf” Mərkəzinin rəhbəri və “ish.az” saytının təsisçisi Zaur Məmmədov iştirakçılara təlimin birinci günü üçün nəzərdə tutulmuş peşəkar CV hazırlanması yolları, CV-nin formatı, tərkibi və CV hazırlayarkən diqqət ediləcək təməl qaydalar haqqında öyrədici məlumatlar vermişdir. Təlim qarşılıqlı müzakirə şəklində keçmişdir.