“Mingəçevir Gənclərinin Natiqlik Forumu” həyata keçirilmişdir

70

08 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, Mingəçevir Gənclər Evinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Mingəçevir şəhər 10 saylı orta məktəbdə  “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin ilk tədbiri həyata keçirilmişdir.
Tədbirdə tərəfdaş təşkilatların nümayəndələri, müxtəlif orta məktəblərdən olan 70 nəfərdən çox şagird, həmin orta mətəblərin məsul şəxsləri və KİV nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifa olunması ilə başlanan tədbirdə giriş sözü ilə çıxış edən layihə rəhbəri Etiram Sadıqzadə hər kəsi salamlayaraq, layihənin məqsədi, layihə çərçivəsində görüləcək işlər və layihənin davamlılığı haqqında ətraflı məlumat vermişdir.
Layihə rəhbəri qeyd etmişdir ki, “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsi davam edəcəyi 3 ay müddətində Mingəçevir şəhər ümümtəhsil orta məktəblərində natiqlik təlimlərinin keçirilməsi və təlimləri uğurla başa vuran gənclər arasında Milli Debat Proqramı çərçivəsində debatın Karl Popper formatında debat təlimlərinin və təlimlərdən alınan nəticələri görmək məqsədi ilə Debat Forumunun keçirilməsi planlaşdırılır.
E.Sadıqzadənin sözlərinə görə layihənin davamlılığının təmin edilməsi məqsədi ilə bu layihəni uğurla başa vuran, xüsusi fəallığı ilə seçilən şagirdlər müəyyən olunacaq, onlarla mütamadi təlimlər keçirilərək və  onlar TOT-lara cəlb olunacaqlar. Bu layihənin ardı olaraq keçirilməsi planlaşdırılan “Mingəçevir Gənclərinin Natiqlik Forumu – 2” layihəsində artıq həmin gənclər təlimçi – məşqçi qismində iştirak edərək yeni şagirdlər üçün motivasiya mənbəyi olacaqlar.
Daha sonra layihə təlimçisi Samir Şükürov çıxışında iştirakçılara, Ritorika, Auditoriya mədəniyyəti və auditoriyanın idarə olunması, Peşakar natiq bacarıqları, Risklərin nəzərə alınması, Bədən dili, Nitqin hiss olunması adlı təlimlər keçərək, gənclərin bu sahədə olan suallarını cavablandırmışdır.       Maraqlı və bol diskusiyalı keçən təlimlərin sonunda şagirdlərə iştirak edəcəkləri Debat foruma hazırlıq və forum zamanı uğurlar arzulan

mışdır.