“Cümhuriyyətin İlk Elçiləri” layihəsinin ilk tədbiri həyata keçirilmişdir

137

28 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çəçivəsində qalib olmuş “Cümhuriyyətin İlk Elçiləri” layihəsinin ilk tədbiri Qərbi Kasbi Universitetində həyata keçirilmişdir.
Tədbirdə açılış sözü ilə çıxış edən layihə rəhbəri Əfqan Baxşəliyev layihə haqqında tələbələrə və qonaqlara məlumat verərək bildirmişdir ki, layihənin əsas məqsədi
– Cümhuriyyətin elçiləri haqqında ətraflı və geniş məlumatları tələbələrə və gənclərə çatdırmaq
– Cümhuriyyət tarixini tələbələrə və gənclərə daha yaxından tanıdılması
– Cümhuriyyətimiz rəsmi üzü olan diplomatlarımız haqqında gənclərin maarifləndirilməsi
– “Cümhuriyyətin 100 ili” ilə bağlı tədbirlərə öz töhvəmizi verməkdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2018 – ci il “Cümhuriyyət ili” elan olunmuşdur. AXC-nin yaranmasından ötən 100 il ərzində dünya siyasətində ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, beynəlxalq münasibətlər sistemində demokratik meylləri güclənmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk diplomatik addımlarının hazırlanıb həyata keçirilməsində Azərbaycanın tanınmış dövlət və siyasi xadimlərindən M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, M.H.Hacınski, M.Y,Cəfərov və Cümhuriyyətin digər qurucuları yaxından iştirak etmişlər. Cümhuriyyətimizi beynəlxalq aləmdə tanınması AXC – nin ilk Elçilərinə nəsib olmuşdur.
Daha sonra “Paris sülh konfransında iştirak etmiş nümayəndə heyəti” və ” Azərbaycan Xalq Cümhuriyyətinin ilk səfirləri” mövzusunda Qərbi Kasbi Universitetinin müəllimi, Politoloq Fikrət Sadıqov, Tarix üzrə fəlsəfə doktoru Əlizadə Arif müəllimin və digər müəllim, tələbələrin çıxışları olmuşdur.
Layihə rəhbəri tədbirin bağlanışını Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin sözləri ilə tamamlamışdır “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ”