Şəkidə “Start up Şəki” layihəsinin təlimləri keçirilmişdir

173

21- 23 dekabr 2018-ci il tarixlərində Şəki şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun 11- ci qrant müsabiqəsinin qalibi olmuş  “Start up Şəki” layihəsinin təlimləri keçirilmişdir. Layihə rəhbəri Murad İsayev layihə haqqında iştirakçılara məlumat vermişdir. Təlimlərdə  Şəki şəhərindən olan 16-29 yaş arası gənclər iştirak etmişdir. Təlimlərdə gənclərə start up, SWOT analiz, biznes planların yazılması, marketinq planlarının hazırlanması və bu kimi mövzularda təlimlər keçirilmişdir. Təlimlərin son günündə Azərbaycanda startuplara dəstək verən inkubasiya mərkəzləri haqqında məlumat diqqətə çatdırılmışdır. İştirakçılara Gənclər Fondunun yeni nizamnaməsinə əsasən gənclərin startuplarına aşağı faizli kreditlər veriləcəyinə dair də məlumat verilmişdir. Daha sonra Şəkidə turizm və hostel biznesində fəaliyyət göstərən gənc sahibkarlarla gənclərin görüşü baş tutmuşdur. Gənc sahibkarlar öz təcrübələrini iştirakçılarla bölüşdülər. Təlimlərin sonunda iştirakçılara sertifikat təqdim edilmişdir.