“Oxu, Öyrən və Qalib ol” layhəsi keçirilmişdir.

170

22 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Oxu, Öyrən və Qalib ol” adlı yarışmanın açılış mərasimi baş tutmuşdur. Açılış mərasimində layihənin rəhbəri Ceyhun Bayramov iştirakçılara layihə haqqında ətraflı məlumat vermiş, iştirakçıları layihə çərçivəsində həyata keçiriləcək təlimlər və yarışma haqqında məlumatlandırmışdır. İştirakçılar daha sonra layihənin birinci istiqaməti (Oxu) çərçivəsində püşkatmada iştirak etmişlər. Püşkatma nəticəsində hər bir iştirakçıya layihənin fəaliyyət dövrü ərzində mütaliə edəcəyi kitabın müəllifi təyin edilmişdir.
Növbəti mərhələdə artıq təlim sessiyasına başlanılması planlaşdırılır.