Azərbaycan Respublikasının Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin nəticələrini elan edir.

6596

Azərbaycan Respublikasının Gənclər Fondu Sosial Müdafiəyə Xüsusi Ehtiyacı olub seçilmiş Ali təhsil müəssisələrində Təhsil alan gənclərin təhsil xərclərinin qismən maliyyələşdirilməsi üzrə müsabiqədə iştirakla bağlı 02-18 noyabr 2018-ci il tarixlərində sənəd qəbulu həyata keçirmişdir. Ərizə qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə reallaşdırılmışdır. Müsabiqəyə müraciət etmək istəyən tələbələr Fondun rəsmi saytından qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub, sayt üzərindən Fonda öz ərizələrini göndərmişlər. Müsabiqəyə  ümumilikdə 724 tələbə müraciət etmişdir. Onlardan 678 ərizə ilkin texniki ekspertizandan keçmiş və müraciətlərin nəticəsi olaraq, 237 şəxsin müsabiqədə iştirakının maliyyələşdirilməsinə qərar verilmiş və aşağıdakı siyahıda həmin şəxslərin adları qeyd edilmişdir.

Nəticələrin siyahısı