Gənclər Fondu Avropa Parlamentinə təcrübə səfəri ilə bağlı müsabiqənin nəticəsini elan edir

2687

Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra Fond) Avropa Parlamentində (Brüssel) təcrübə proqramı üzrə müsabiqədə iştirakla bağlı 6-15 noyabr 2018-ci il tarixlərində sənəd qəbulu həyata keçirmişdir. Ərizə qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə reallaşdırılmışdır. Müsabiqədə ümumilikdə 201 şəxs iştirak etmişdir. Sənədlərin ekspertizası və müraciətçilərlə keçirilmiş müsahibələrin nəticəsi olaraq, aşağıdakı şəxslərin təcrübə proqramında iştirakının maliyyələşdirilməsinə qərar verilmişdir.

  1. Abbas Zeynallı Bayram
  2. Anar İmanzadə Vilayət
  3. Aygün Əliyeva Nizami
  4. Emiliya Bayramova Polad
  5. Əliyar Əzimov Dilavər
  6. Fatimə Eyyub  Elçin
  7. Fərid Fərəcov Fikrət
  8. Xəyal Məmmədli Məhərrəmli
  9. Xıdır Kazımov Fuad
  10. İbrahim Mustafayev Firudin
  11. İlahə İbrahimli Xəlil
  12. Kənan Rahimli Sənani
  13. Qoşqar Hüseynli Əlbaba
  14. Leyla Abışova Həsənağa
  15. Minəxanım Səlimova Elşən
  16. Nuriyyə Quliyeva Rza
  17. Samirə Qasımova Xəqani
  18. Sevinc Qasımova Saleh
  19. Ülkər Qurbanova Fikrət
  20. Yunis Şərifli Munis

Azərbaycan Respublikasının Gənclər Fondu bütün qalib müraciətçiləri təbrik edir!

Fondun Nizamnaməsinə uyğun olaraq həyata keçirilən beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmək istəyən gənclərdən Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçmək və sosial şəbəkələrdəki səhifələrini izləmək xahiş olunur.