“Milli Atributlar və Konstitusiyamızın Müstəqillik Tariximizdəki əhəmiyyəti” adlı tədbir keçirilmişdir

550

13 noyabr 2018-ci il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu “Milli Atributlar və Konstitusiyamızın müstəqillik tariximizdəki əhəmiyyəti” adlı tədbir keçirmişdir. Azərbaycan Rspublikasının Gənclər Fondu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə həyata keçirdiyi silsilə tədbirləri davam etdirərək, Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyi və Konstitusiyamızın müstəqillik tariximizdəki rolu ilə bağlı növbəti tədbir baş tutmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və Gənclər Fondunun nümayəndəsinin qonaqları salamlaması ilə açıq elan edilmişdir. Görüşdə Dövlət Bayrağı Muzeyinin direktoru, Bakı Dövlət Universitetinin müəllimləri, ali təhsil müəsissələrinin tələbələri və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdirlər. Panel müzakirə formatında həyata keçirilən görüşdə iştirak edən qonaqlar gənclərin suallarını cavablandırmış və tələbələr müzakirələrdə iştirak edərək öz fikirlərini səsləndirmişlər. Görüşdə iştirak edən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, alim, professor Solmaz Rüstəmova-Toqidi milli atributlarımızdan olan Dövlət bayrağının tarixi önəmi və günümüzə qədər keçdiyi şanlı həyat yolu və Konstitusiyamızın Müstəqillik tarixindəki əhəmiyyəti haqqında geniş məlumat verərək təqdimatı gənclərin diqqətinə çatdırmışdır. Sonda müzakirələrdə fəal iştirak edən gənclər mükafatlandırılmışdır.