UMAF – İsveç Gənclər Hərəkatı Gənclər Fondunun qonağı olmuşdur

199

30 oktyabr 2018-ci il tarixində Gənc Politoloqlar İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda səfərdə olan, İsveç Krallığında fəaliyyət göstərən UMAF – Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər Hərəkatının  (Young People Against Antisemitism & Xenophobia) nümayəndələri Azərbaycan Respublikasının Gənclər Fondunun qonağı olmuşdur.
Nümayəndə heyətini Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov salamlayaraq, Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti, maliyyə dəstəyi ilə həyata keçirdiyi layihələr haqqında məlumat vermiş və Fondun prioritet istiqamətlərini qonaqların nəzərinə çatdırmışdır. Təqdimatdan sonra qonaqları maraqlandıran suallar cavablandırılmışdır.
Qonaqlar Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən görüşdən məmnunluqlarını ifadə etmişlər. Sonda gələcəkdə iki ölkə gəncləri arasında ortaq əməkdaşlığa dair  müzakirələr aparıldı.