Sağlamlıq imkanı məhdud olan gənclər üçün “Kompyuter biliklərinin öyrədilməsi” layihəsi keçirildi

749

“Kompyuter biliklərinin öyrədilməsi” fərdi layihəsi çərçivəsində 20 nəfər sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclər üçün Binəqədi Gənclər Evində təlimlər keçirildi.
Layihədəki ekspertlər təlim qrupuna seçim zamanı iştirakçıların layihəyə olan maraqları, ümumi görüş və ilkin sorğu nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanırdı. Seçimdə gender balansı və  yaş həddi nəzərə alınmışdı. Təlim zamanı iştirakçılara “Kompyuter bilikləri öyrədilərək mesajın verilmə yolları”, “Sağlamlıq imkanları və sosial yanaşma” və “Sağlamlıq terminologiyası” haqqında geniş məlumat verildi.
Təlimdə dinləyicilər öyrəndiyi bilikləri  kompyuter vasitələri ilə praktiki olaraq tətbiq etdilər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Fərdi layihənin müəllifi Murad Mirzəzadədir.
Layihənin məqsədi:
– Sağlamlıq imkanı məhdud olan gənclərin yaradıcılıq və təhsil imkanlarını artırmaq;
– Yaradıcılıq və təhsil imkanlarını artırmaqla sağlamlıq imkanı məhdud olan gənclərin məşğulluq problemini həll etmək;
– Sağlamlıq imkanı məhdud olan gənclərin maksimum müstəqil olmalarını, eləcə də əqli, fiziki, sosial və peşə bacarığından tam şəkildə faydalanmalarını təmin etmək;
– Sağlamlıq imkanı məhdud olan gəncləri cəmiyyətə inteqrasiya etməkdir.