“Gənclər üçün onlayn İntellektual Festival” layihəsi başa çatdı

620

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində qalib olmuş Qasımov Seyran Səli oğlu tərəfindən Neftçala  rayonunda icra olunan”Gənclər üçün onlayn intellektual festival”  adlı layihəyə yekun vuruldu.
Layihənin məqsədi gənclərin intellektual inkişafına yardımçı olaraq onların asudə vaxtlarının səmərəli keçirməsinə dəstək olaqdır. Ümumilikdə 100 nəfər gənc layihənin birbaşa iştirakçısı olmuşdur. Mövzü ilə bağlı gənclərə bukletlər paylanılmışdır. Layihə rəhbəri Qasımov Seyran bildirmişdir ki, intellekt – düşünmə və bununla bilik qazanma qabiliyyətini əks etdirir. İntellekt – düşünmək üçün əqli bacarıq, qərar vermə, abstrakt düşünmə, material mənimsəmə qabiliyyəti barəsində işlənən termindir. İntellekt çox vaxt şüur üçün də sinonim kimi işlədilir.
İntellekt həm də istənilən məşğuliyyətin uğurlu həyata keçirilməsi və başqa qabiliyyətlərin kökündə duran, problemlərin dərk edilməsi və həllini yerinə yetirmək qabiliyyəti kimi də başa düşülür.
Bu qabiliyyət çox zaman başqa qabiliyyətlərin köməyi ilə həyata keçirilir. Buraya dərketmə qabiliyyəti, öyrənmək, məntiqi düşünmək, informasiyaları onların analizi əsasında sistemləşdirilməsi, onların tətbiqini müəyyənləşdirmək, onlar arasında əlaqəni, qanunauyğunluqları və fərqləri tapmaq və s. kimi keyfiyyətləri misal göstərmək olar.