“Mənim tarixim, mənim mədəniyyətim” layihəsinə start verilib

86

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə həyata keçiriləcək “Mənim tarixim, mənim mədəniyyətim” layihəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş Röya Rzayevanın reallaşdıracağı layihənin əsas məqsədi yeniyetmə və gənclərə milli-mənəvi dəyərlərimizi, öz dini dəyərlərimizi, adət-ənənələri aşılamaq, mədəniyyət siyasəti anlayışını təhlil etmək və Azərbaycanda mədəniyyət siyasətinin istiqamətlərini öyrənmək, Azərbaycan müstəqillik qazandıqdan sonra mədəniyyətimizdə baş verən hadisələri, əldə olan müvəffəqiyyətləri, mövcud olan problemləri və onları necə aradan qaldırmağı öyrənmək, hər bir milli mədəniyyətin inkişafı üçün vacib olan mədəni əməkdaşlığın və onun Azərbaycanda, müasir dövrdə nə dərəcədə inkişaf etdiyini öyrənmək, qabaqcıl dünya ölkələrinin mədəniyyət siyasətini təhlil etmək və onların müsbət cəhətlərini milli mədəniyyətimizi qoruyub saxlamaq şərtilə Azərbaycanın mədəniyyət siyasətinə tətbiq etmək, dövlət siyasətində mədəni və mənəvi irsin qorunması vəzifəsinin metod və üsullarının öyrənməkdir.
Qeyd etmək istərdik ki, 14 fevral 2018-ci il tarixdə  57 saylı tam orta məktəbdə layihənin ilk təliminin keçirilməsi nəzərdə tutulmuşdur.